Biyan emal zavodunda isthesal olunan məhsullar dünya ölkələrinə ixrac olunur.

Tarix :26-02-2017, 15:37
Bölmə : Dunya, Iqtisadiyyat, gundem
Kömək :    
Baxılıb : 422 dəfə

    Kür-araz ovalığı, muğam bölgəsində yabanı şəkildə bitən qiymətli biyan bitkisindən uzun illər ölkəmizdə emal müəssisəsi olmadığından yararlanmaq mümkün deyildi. Həm təbabət, həm kosmetik aləmdə zəngin xammal mənbəyi sayılan bu texniki bitkidən artıq ölkəmizdə bir sıra ixracyönümlü məhsullar istehsal olunur. Həmin istehsalat proseslərindən biri Kürdəmirdə yerləşən Biyan emalı zavodunda baş tutur. 2010- cu ildən fəaliyyətdə olan bu zavodda il ərzində 7 min tondan çox biyan kökü tədarük olunur. Bu xammaldan isə 110-115 ton biyan duzu alınır. Əsas alıcılar da müqavilələrə əsasən məhz Yaponiya, Çin kimi şərqi asiya ölkələridir. Zavod Yaponiya ilə ölkəmizin müştərək istifadə etdiyi sənayə müəssisəsidir. Komputer sistemi ilə idarə olunan emal müəssisəsində əsasən yerli mütəxəssislər işləyir. Ümumilikdə isə zavodda 31 işçi çalışır. Əsasən yaz-payız aylarında kənd sakinləri tərəfindən pay torpaq sahələrində toplanan biyan kökləri zavoda təhvil verilir. Kürdəmirin kəndləri ilə yanaşı qonşu Ağsu, Sabirabad, Saatlı, İmişli, Zərdab, Ucar, Ağdaş, Hacıqabul, Salyan kimi rayonlardan da xammal qəbulu həyata keçirilir. Zavodda toplanan biyan kökləri öncə xüsusi avadanlıqlar vasitəsilə açıq və qapalı şəraitdə tam qurudulduqdan sonra üyüdülməsi üçün emal sexinə təhvil verilir. Üyüdülmüş məhsul xüsusi anbarlara tökülür. Ardınca hazır məhsul alınana qədər 4 mərhələdə emal prosesi gedir. Biyan emal zavodunun baş operatoru Nizami Ziyadov deyir ki, proses bir neçə gün çəkir.

    “ Gördüyünüz bu ekstrareaktırda ekstrasiya prosesi gedir və ekstrasiya prosesi bitdikdən sonra onun üzərinə sulfat turşusu əlavə olunur, ardınca karitaya onun şirəsi tökülür.Boşaldıqdan sonra qablaşdırılır. İsti sobalarda qurudulma prosesi gedir. 12 saat iki mərhələdə sobalarda qaldıqdan sonra bizə lazım olan biyan turşusunu alırıq”

    Alınan turşular isə qablaşdırılaraq presslənir və ondan biyan duzu alınır. Müasir Yaponiya istehsalı olan avadanlıqlarla təhciz edilən zavodun laborotoriyasında isə biyan duzunun tərkibi analizdən keçirilərək qablaşdırılır. Laboront Rövşən Kazımov deyir ki, məhsulun tərkibi tam yoxlanıldıqdan sonra satışa çıxarılır: “Biyan duzu halına gəldikdən sonra laborotoriyamızda analizdən keçir.Analizdən keçəndən sonra onda PH şəkər, qliserisin düz gəlməzsə o birdə yenidən emal olunur.Emal olunub tam təsdiq olunduqdan sonra əmin oluruq ki, hər şey öz qaydasındadır. Onda xaricə ixrac olunur”

    Tərkibində qliserin, flavonoid, efir yağı və digər maddələrin üstünlük təşkil etdiyi biyandan duzla yanaşı, biyan gili, yapışqan, saqqız, toz, bal kimi qiymətli məhsullar istehsal olunur. Biyandan əsasən təbabətdə müxtəlif növ xəstəliklərə qarşı dərman pereaparaatları və kosmetik vasitələr hazırlanır. Mədə bağırsaq, ciyər, ürək, sinir sistemi, həzm və nəfəs yolları xəstəliklərində qiymətli dərman kimi istifadə olunur. Həkim Tarix İslamov tibb dünyasında biyanın insan orqanizmi üçün hətta jenjendən üstün sayıldığını deyir: “Ondan tibbdə müxtəlif preparatlar hazırlanır.Bronxit, göy öskürək, tuberplus,mədə yaraları, zəhərlənmə əleyhinə. Xüsusilə ət-göbələk zəhərlənmələri əleyhinə maddələr mübadiləsin pozulmasında, paraliz- sinir xəstəliklərində geniş istifadə olunan dərman preparatları hazırlanır. Əgər bu ölkəmzidə icra edilərsə onda xaridən dərman almağa ehtiyac qalmayacaq və böyük valyuta xaricə axmayacaq”

    Biyan həmçinin texniki bitki olduğundan qida sənayəsi üçün də yararlıdır. Zavodda yarımfabrikat halda istehsal olunan duzdan yeni məhsulların alınması üçün Kürdəmirdə əlavə sexin tikintisi gözlənilir. Zavodun nümayəndəsi Asif Zeynalovun saytımıza verdiyi

    məlumata görə yaxın gələcək üçün nəzərdə tutulan bu lahiyə çərçivəsində həm yeni iş yerləri yaranacaq, həm də ölkə ixrac qabiliyyətini artıracaq. “Gələcəkdə zavodun digər bir emal, yəni biz yarımfabrikant şəkildə emal etdiyimiz üçün digər ikinci bir mərhələdə biyan duznun emalı üçün hansısa hazırlıq, müəyyən danışıqlar gedir. ikinci bir emal sexi açılması nəzərdə tutulub ki, burda alınan məhsullar ölkə ərazisində dərman preparatların, ətirlərin hazırlanmasında və digər sahələrdə tətbiq olunacaq.Əsasən də yerli dərman preparatların hazırlanmasında istifadə olunacaq. Bu da daimi iş yerlərinin sayını artıracaq və valyutanın ölkəyə axınını təmin edəcək”

    Qeyd edək ki, dünyada 18 növü olan biyanın 8 növü ölkəmizdə yabanı şəkildə bitir. 19 cu əsrin ikinci yarısından etibarən ölkəmizdə tədarük olunan biyan kökü ABŞ-la yanaşı Qərbi və Şərqi Asiya ölkələrinə ixrac olunub. Hazırda dünya bazarında 1000 kq biyan kökünün qiyməti 800-1000 dollardır.

    Günel İsayeva - Kürdəmir

    Biyan emal zavodunda isthesal olunan məhsullar dünya ölkələrinə ixrac olunur.

    Biyan emal zavodunda isthesal olunan məhsullar dünya ölkələrinə ixrac olunur.

    Biyan emal zavodunda isthesal olunan məhsullar dünya ölkələrinə ixrac olunur.

    Biyan emal zavodunda isthesal olunan məhsullar dünya ölkələrinə ixrac olunur.

    Biyan emal zavodunda isthesal olunan məhsullar dünya ölkələrinə ixrac olunur.



Digər xəbərlər

Axtarış

Xəbər lenti

Bugün, 17:43 Suriyada daha 40 dinc sakin öldürüldü

Bugün, 17:33 Rəsmi Minskdən CAVAB: "Paşinyan "küçə demokratiyası" qaydalarının böyük siyasətdə qəbuledilməz olduğunu hələ anlamayıb"

Bugün, 17:28 Şəhid ailələrinə Bakıda və daha 2 rayonda mənzil veriləcək - SİYAHI

Bugün, 17:26 Prezident İlham Əliyev Gömrük Komitəsi kollegiyasının yeni tərkibini təsdiq edib

Bugün, 17:21 Sabah dolar neçəyə olacaq?

Bugün, 17:17 Heydər Əliyev Fondunun Nizami Gəncəvi irsini təbliğ edən daha bir layihəsi - "Yeddi gözəl" sərgisi Moskvada açılır

Bugün, 17:11 Nazir müavini: "Birinci xanım Mehriban Əliyevanın Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilməsindən sonra bu sahədə böyük dönüş yaranıb"

Bugün, 12:24 Azərbaycan paracüdoçusu dünya çempionu oldu

Bugün, 12:10 17 noyabr Milli Dirçəliş günüdür

Bugün, 11:36 Azərbaycan Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunun qonaq ölkəsi olacaq

Bugün, 11:26 Hikmət Hacıyev: "Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində faktaraşdırıcı missiyanın həyata keçirilməsinə imkan vermir"

Bugün, 11:26 Prezident dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi yubiley medalı haqqında əsasnaməni təsdiqləyib

Bugün, 11:06 Prezident dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi yubiley medalı haqqında əsasnaməni təsdiqləyib

Bugün, 10:49 Paşinyan həyati risklərə gedir: Lukaşenko və Nazarbayevdən izahat?

Bugün, 10:20 Türkiyənin Kosovodakı səfiri yol qəzasında xəsarət alıb

Bugün, 10:10 Cəbhədən XƏBƏR VAR

Dün, 20:08 KTMT-nin Ermənistan problemi: Azərbaycan-Belarus əməkdaşlığına rəsmi İrəvanın qısqanclığı

Dün, 20:04 Erməni politoloq: "Qarabağ məsələsi ilə spekulyasiya edirlər"

Dün, 19:59 Erməni politoloq etiraf etdi: "KTMT Baş katibliyinə görə bizi alçaldırlar"

Dün, 19:55 Yəmən qəzetlərində “Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi” kitabı haqqında məqalə dərc olunub

Dün, 19:51 Sumqayıtda yeni məktəb binasının tikintisinə 1 milyon manat ayrılıb

Dün, 19:50 Prezident İlham Əliyev Sumqayıt Şəhər İcra Hakimiyyətinə 5 milyon manat ayırıb

Dün, 19:49 Prezident İlham Əliyev Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmirinə 1,5 milyon manat ayırıb

Dün, 19:48 Prezident İlham Əliyev: "Azərbaycanın Dünya Bankının “Doing Business” hesabatında 25-ci yerdə qərarlaşması aparılan islahatların məntiqi nəticəsidir"

Dün, 19:05 Vergilər Nazirliyi kollegiyasının yeni tərkibi təsdiq edilib

Dün, 19:00 Qarlı hava 80 milyon əhalinin yaşadığı əraziləri ağuşuna aldı - ABŞ-da faciə: 8 ölü

Dün, 18:13 Prezident Həsənov və Usubova yeni vəzifə verdi - Sərəncam

Dün, 18:00 Sumqayıt şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Təqvim

«    Kasım 2018    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

Hava haqqında


Unutma!

Bizi izləyin